Ana Sayfa > Karusel / Şou-Biznes / Bizim seçim > “Bozbaş pikçers”ə xəbərdarlıq: bağlana bilər

“Bozbaş pikçers”ə xəbərdarlıq: bağlana bilər


10-10-2016, 17:07. Yazar: Xeberaz
“Bozbaş pikçers”ə xəbərdarlıq: bağlana bilər


ANS-də “Komedi.az” və aktyor Müşfiq Şahverdiyevin apardığı veriliş ona görə bağlanmışdı ki, onlar aşağı səviyyəli verilişlər idi.

Bu sözləri MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov televiziyadakı aşağı səviyyəli verilişlər haqda danışarkən deyib. O, səviyyəsiz verilişlərin tədricən aradan qaldırılacağını bildirib:

“Bozbaş pikçers”in də reytinqinin çox olmasına baxmayaraq, qara yumorla məşğul olduğunu bildirmişdik. Buna görə hətta “Bozbaş pikçers”i ATV kanalı özü bağlamışdı. İndi isə yenidən efirə qaytarıblar. Amma düşünürük ki, onlar iradları nəzərə alıb, dəyişiklik edəcəklər.

O ki qaldı reytinqli proqram olmasına, onların efirə getdiyi saatlarda hansı proqramın buraxılışı olsa, böyük reytinq alacaq”.
Geri dön