Ana Sayfa > Karusel / Hadisə > AZTV-nin aparıcısının evini yardılar

AZTV-nin aparıcısının evini yardılar


10-10-2016, 17:05. Yazar: Xeberaz
AZTV-nin aparıcısının evini yardılar


Bakıda jurnalistin evindən oğurluq olub.

Report-un məlumatına görə, ötən gün axşam saatlarında jurnalist Aydın Piriyevin Yasamal rayonunda yerləşən mənzilindən oğurluq edilib.

Zərərçəkənin sözlərinə görə, oğru və ya oğrular onun mənzilinə pəncərəni sındırıraq daxil olub.

Mənzildən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlanıb.

A.Piriyev faktla bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edib. Araşdırma aparılır.

Qeyd edək ki, A.Piriyev AZTV-də yayımlanan "Parlaq Zəka" verilişinin aparıcısı və layihə rəhbəridir.

Geri dön