Ana Sayfa > Karusel / Dünya > FETÖ-nun 15 milyardı Türkiyənin hesabına keçdi

FETÖ-nun 15 milyardı Türkiyənin hesabına keçdi


8-10-2016, 18:35. Yazar: Xeberaz
FETÖ-nun 15 milyardı Türkiyənin hesabına keçdi

Məktəb, yurd və vəqflər də daxil olmaqla, FETÖ şəbəkəsinə aid 15 milyard (təxminən 4.9 milyard dollar) lirə dəyərində daşınmaz əmlak dövlətin hesabına keçib.

"Xəbəraz.az " xəbər verir ki, bunu Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Məhməd Özhaseki deyib.
“Maliyyə xəzinəmizə indiyə qədər 3 min 333 ədəd daşınmaz əmlak daxil olub. Vəqflər Müdürlüyünə isə 2 min 86-sı həvalə edilib. Dostlarımızın sayəsində isə diqqətimizdən yayınan 176 mülk də dövlətin hesabına keçib. Bundan əlavə, çıxarılan hökmlərə görə 155 min mülk də blok edilib”, - Özhaseki bildirib.

Qeyd edək ki, 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ şəbəkəsinə aid mülk və idarələr dövlətin hesabına keçirilməyə başladı.(AXAR.AZ)
Geri dön