Ana Sayfa > Karusel / Hadisə / M2 > Həbs olunan şəxs nazir müavini olan general qardaşıdır- Təfərrüat

Həbs olunan şəxs nazir müavini olan general qardaşıdır- Təfərrüat


22-05-2015, 23:10. Yazar: Xeberaz
Həbs olunan şəxs nazir müavini olan general qardaşıdır- Təfərrüat


Xəbər verdiyimiz kimi, Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xeberaz.az AzPolitika-ya istinadən xəbər verir ki, Qəzənfər Novruzov Naxçıvan MR Daxili İşlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə MR Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.

Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub.

Qəzənfər Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş vermiş dəhşətli yanğınla bağlı keçirdiyi sonuncu iclasda bu faciənin günahkarlarının kimliyindən asılı olmayaraq cəzalandırılacağını bildirmişdi.
Geri dön