Ana Sayfa > Karusel / Hadisə > Paytaxt kafelərinin birində dava: 3 nəfər bıçaqlandı

Paytaxt kafelərinin birində dava: 3 nəfər bıçaqlandı


7-10-2016, 22:09. Yazar: Xeberaz
Paytaxt kafelərinin birində dava: 3 nəfər bıçaqlandı

Bakının Suraxanı rayonunun Qum adası ərazisində yerləşən "Kür" kafesində dava düşüb.

Report-un əldə etdiyi məlumata görə, nəticədə üç nəfər bıçaq xəsarətləri alıb.

Belə ki, 1990-ci il təvəllüdlü Musa Hüseynov sağ boyun və sol bud nahiyələrinin, eyni yaşlı Səbuhi Hüseynov sol dizin və 1986-ci il təvəllüdlü Oktay Yusifzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.

Onlara bıçaq xəsarətləri yetirən şəxs hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Geri dön