Ana Sayfa > Karusel / Hadisə > Yük maşını minik avtomobili ilə toqquşdu: 4 yaralı - FOTO

Yük maşını minik avtomobili ilə toqquşdu: 4 yaralı - FOTO


7-10-2016, 18:07. Yazar: Xeberaz
Yük maşını minik avtomobili ilə toqquşdu: 4 yaralı - FOTO

17:52

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Əfətli kəndinin ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "Qazel" markalı yük maşını toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Deformasiyaya uğramış yük maşınında qalan sürücü xilas edilərək xəstəxanaya çatdırılıb. Minik avtomobilinin sürücüsü və iki sərnişini də müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Kürdəmir rayon sakini, 57 yaşlı Elxan Məmmədovun və Ağdam rayon sakini Nemət Əliyevin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Digər iki xəsarət alan şəxs isə vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

----------

13:07

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az " APA-ya istinadən bildirir ki, hadisə Əfətli kənd yolunda qeydə alınıb.

"QAZel" markalı yük maşını və "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində yük maşınının aşdığı, dörd nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.

Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Yük maşını minik avtomobili ilə toqquşdu: 4 yaralı - FOTO
Geri dön