Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Putinin barelyefi olan Ayfon-7 buraxıldı - Foto

Putinin barelyefi olan Ayfon-7 buraxıldı - Foto


6-10-2016, 01:15. Yazar: Xeberaz

Putinin barelyefi olan Ayfon-7 buraxıldı - Foto
"Caviar" şirkəti Rusiya Prezidenti Vladimir Putinin ad günü münasibətilə üzərində dövlət başçısının qızılla bəzədilmiş barelyefi olan məhdud sayda Ayfon-7 istehsal edib.

"Xəbəraz.az " xəbər verir ki, Putinin şərəfinə buraxılmış Ayfon-7-nin bu modeli "Supremo Putin Damascus" adlanır.

Telefonun korpusu Dəməşq poladının naxışı və həcmli detallarla bəzədilib. Üzərində Putinin bu fikri qeyd edilib: "Biz bütün çağırışlara cavab verəcəyik! Rusiyanın xeyirinə çalışacağıq".

Telefonun dizaynı monoton titan qammalı və bi-metal, soyuq polad fon və qızıl elementlərlə təqdim edilib.

Bu smartfonlar cəmi 64 ədəd istehsal edilib.

Telefonun yaddaşı 128 gb və 256 gb-dir. Qiyməti isə 207 min rubldur. Sarı qızılla hazırlanmış modelin qiyməti isə 232 min rubldur.

Qeyd edək ki, Putinin ad günü 7 oktyabr tarixindədir.

Geri dön