Ana Sayfa > Karusel / İqtisadiyyat / Foto-fakt / Xəbəraz TV > Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video


5-10-2016, 00:46. Yazar: Xeberaz
Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

Çinin istehsal etdiyi məhsulların bazarda digər ölkə məhsullarına nisbətən ucuz olduğunu hamımız bilirik. Bəs Çinin sirri nədədir? Necə olur ki, o, eyni məhsulu daha aşağı qiymətə alıcılara təqdim edə bilir?

Axar.az xəbər verir ki, rusiyalı gənc bu sirrin üstünü açmağa müvəffəq olub.

Gənc oğlan Çin istehsalı olan, ucuz Pover Bank enerji qutusu alır. Qutunu sökür və daxilindəki bir batareyanın digərlərindən fərqləndiyini görür.

Digər batareyalara nisbətən daha açıq rəngdə olan beşinci batareyanı sökərək içini açır. Nəticədə onun batareya deyil, içi qumla dolu olan adi qutu olduğunu aşkara çıxarır.

Sözügedən videonu təqdim edirik:

Geri dön