Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > İki gün sonra toyu olacaq oğlan ölümə səbəb oldu - VİDEO

İki gün sonra toyu olacaq oğlan ölümə səbəb oldu - VİDEO


4-10-2016, 21:31. Yazar: Xeberaz
İki gün sonra toyu olacaq oğlan ölümə səbəb oldu - VİDEO

Zaqatalada maşın 53 yaşlı qadını vuraraq öldürüb

ARB Şəki xəbər verir ki, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 21 yaşlı Pənah Rövşən oğlu Hüseynov idarə etdiyi "Opel Vectra" markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət zolağı ilə gedən Zaqatala sakini, 53 yaşlı Gülmayə Məhəmməd qızı Həzrəyevanı vurub.

Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Gülmayə Həzrəyeva Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən 21 yaşlı Pənah Hüseynovun iki gün sonra toyu olmalı idi.


Geri dön