Ana Sayfa > Karusel / Hadisə / Dünya > FETÖ-çü qadının ağlasığmaz qəddarlığı

FETÖ-çü qadının ağlasığmaz qəddarlığı


4-10-2016, 15:56. Yazar: Xeberaz
FETÖ-çü qadının ağlasığmaz qəddarlığı


FETÖ-nün "Mərvə" kod adlı qadın üzvü 2015-ci il oktyabrın 10-da İŞİD-in Ankarada törətdiyi terrorla bağlı yeni şifrəni açıb.

"Xəbəraz.az " axar.az -a istinadən bildirir ki, Mərvə hadisədən əvvəl FETÖ-çülərin "Baylok" (ByLock) adlı gizli mesajlaşma proqramı ilə terrordan xəbərdar edildiyini bildirib. FETÖ-çü qadın terrordan xəbərdar olsa da, bu haqda təhlükəsizlik qüvvələrinə məlumat verməyib:

"Ankarada terrordan bir gün əvvəl bizə "Baylok" vasitəsi ilə "Sabah küçəyə çıxmayın, terror olacaq. Yaxınlarınızı, qohumlarınızı da xəbərdar edin", - deyə bir mesaj gəldi. Mən də Ankaradakı yaxınlarıma xəbər verdim. Səhəri gün TV-də Ankarada terror olduğunu öyrəndim. Onlarla insanın həlak olduğunu görüb çox üzüldüm".

Qeyd edək ki, 2015-ci il oktyabrın 10-da Ankarada törədilən terror nəticəsində 102 nəfər həlak olub, 391-i yaralanıb.
Geri dön