Ana Sayfa > Karusel / Siyasət / Dünya > Ərdoğan siqnal verdi: BÖYÜK SAVAŞ başlayır

Ərdoğan siqnal verdi: BÖYÜK SAVAŞ başlayır


4-10-2016, 11:55. Yazar: Xeberaz
Ərdoğan siqnal verdi: BÖYÜK SAVAŞ başlayır

“Mosul mosulluların, Telafer telaferlilerindir. Heç kimin buraya girməyə haqqı yoxdur”.
"Xəbəraz.az "xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin “Rotana” telekanalına müsahibəsində deyib.
Bölgədəki son prosesləri qiymətləndirən Ərdoğan Suriyanın Hələb şəhərində qısa müddət ərzində xeyli adamın öldürüldüyünü və islam dünyasında əməkdaşlığın təmin edilməyəcəyi halda çox şey itirəcəklərini vurğulayıb.
İraqın Mosul şəhərinin İŞİD-dən xilas edilməsi üçün keçiriləcək əməliyyata toxunan Türkiyə prezidenti bildirib ki, əməliyyat tamamlandıqdan sonra burada yalnız sünni ərəblər, türkmanlar və sünni kürdlər qalmalıdır.
Ərdoğan Suriyanın şimalında uçuşa qadağan bölgənin yaradılması və xalqın geri dönə bilməsi üçün 5 min kvadrat kilometrlik ərazini terrorçulardan təmizləməyi planlaşdırdıqlarını deyib.
O, “Fərat Qalxanı” əməliyyatından sonra 30-40 min nəfərin İŞİD-dən təmizlənən Cerablusa qayıtdığını bildirib.publika.az
Geri dön