Ana Sayfa > Karusel / Gündəm > Nazir keçmiş müavinə vəzifə verdi

Nazir keçmiş müavinə vəzifə verdi


4-10-2016, 11:36. Yazar: Xeberaz
Nazir keçmiş müavinə vəzifə verdi

Maliyyə Nazirliyinin (MN) ləğv edilmiş Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilova yeni vəzifə verilib.

Report-un əldə etdiyi məlumata görə, o, nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini təyin edilib.

Xatırladaq ki, DSNX-nin rəisi Namiq Xəlilov da Nazirlikdə işlə təmin olunub. Hazırda o, nazirin müşaviri vəzifəsində çalışır.

DSNX-nin işsiz qalmış digər 14 əməkdaşının isə MN-in müxtəlif şöbələrinə yerləşdirilməsinə başlandığı bildirilir.

Xatırladaq ki, MN sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəlində itirib. Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və ləğv edilən DSNX-nin səlahiyyətləri yeni quruma verilib.
Geri dön