Ana Sayfa > Karusel / Hadisə > Bakıda iki adam hərəkəti dayandırdı - polisi gözləyirlər

Bakıda iki adam hərəkəti dayandırdı - polisi gözləyirlər


3-10-2016, 22:12. Yazar: Xeberaz
Bakıda iki adam hərəkəti dayandırdı - polisi gözləyirlər


Axşam saatlarında Xətai rayonu Nobel prospektində, "Nargilə" kafesinə doğru böyük bir tıxac yaranıb.

Trend-in məlumatına görə, tıxacın səbəbi kafe yaxınlığında "Mercedes" markalı iki avtomobilin toqquşması olub.

Qəzaya ilkin səbəb kimi avtomobillərin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi və işiqfora əməl etməməsi göstərilir. Hadisə yerinə yol polisi əməkdaşları gecikdiyi üçün avtomobil sahibləri də avtomobillərini yolun ortasında saxlamaq qərarına gəliblər. Bu səbədən prospektdə böyük tıxac yaranıb.

Qeyd edək ki, qəzada xəsarət alan olmayıb.
Geri dön