Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda alov fəhlələrin üzərinə püskürdü - 4 nəfər yanıb - YENİLƏNİB

Bakıda alov fəhlələrin üzərinə püskürdü - 4 nəfər yanıb - YENİLƏNİB


3-10-2016, 17:53. Yazar: Xeberaz
Bakıda alov fəhlələrin üzərinə püskürdü - 4 nəfər yanıb - YENİLƏNİB

Yanıq xəsarəti almış fəhlələrdən 3-nün vəziyyəti ağırdır.

5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsindən bildirilib ki, istehsalat qəzası zamanı xəsarət alan 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov hazırda reanimasiyadadır, vəziyyətləri çox ağır qiymətləndirilir.
Digər yaralı 1987-ci il təvəllüdlü Rəşad Veyisova isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
Xəstəxanadan bildirilib ki, hadisə sentyabrın 29-da baş verib.

***



Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” Zavodunda istehsalat qəzası baş verib.
"Xəbəraz.az "-ın “Report”-a istinadən məlumatına görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.
Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.
Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Geri dön