Ana Sayfa > Karusel / Siyasət / Dünya / Bizim seçim > "Ohanyan aprel döyüşlərinə görə işdən qovulub"

"Ohanyan aprel döyüşlərinə görə işdən qovulub"


3-10-2016, 16:25. Yazar: Xeberaz
"Ohanyan aprel döyüşlərinə görə işdən qovulub"

"Seyran Ohanyanın müdafiə naziri postundan qovulması təsadüfi deyil. Buna səbəb Ermənistan ordusunun aprel döyüşlərindəki məğlubyyətidir".

"Xəbəraz.az " bildirir ki, bunu azvision.az-a Xocalıdan olan deputat Elman Məmmədov deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan ordusu aprel döyüşlərində Ohanyanın yaratdığı mifi darmadağın edib.

"Xocalı hadisələrində batalyon komandiri kimi iştirak edən Seyran Ohanyan soyqırımın törədilməsində birbaşa iştirak edib. Ohanyan, Sarkisyan və Koçaryan soyqırım törətmiş cnayətkarlardır. Aprel döyüşlərində məlum oldu ki, onların çıxışları yalan üzərinə qurulub.

Seyran Ohanyan mif yaratmışdı ki, təmas xətti boyu keçilməz istehkamlar, səngərlər qurulub. Azərbaycan ordusu 1 saata onların bütün müdafiə xəttini darmadağın etdi. Bundan sonra Ermənistan ordusunda olan cinayətkarlıq, zəiflik, yarıtmazlıq faktları üzə çıxdı. Buna görə də Sarkisyan yüksək rütbəli zabitləri işdən qovmağa başladı. Onların ardınca Ohanyan yola salındı".

Deputat hesab edir ki, Serj Sarkisyan tezliklə Ermənistan prezidenti kreslosundan devriləcək: "Müəyyən zamandan sonra Sarkisyanın özünü də yola salacaqlar. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra onlar məhkəmə qarşısında törətdikləri cinayətlərə görə cavab verəcəklər",- deyə E.Məmmədov vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistan hakimiyyətində ciddi kadr dəyişikliyi olub. Prezident Serj Sarkisyanın sərəncamı ilə müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Ermənistan Prezident Aparatının rəhbəri Vigen Sarkisyan gətirilib.


Geri dön