Ana Sayfa > Karusel / Gündəm / M2 > FHN Siyəzəndəki qəza ilə bağlı məlumat yaydı

FHN Siyəzəndəki qəza ilə bağlı məlumat yaydı


3-10-2016, 01:57. Yazar: Xeberaz
FHN Siyəzəndəki qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi oktyabrın 2-də Siyəzəndə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

"Xəbəraz.az " Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı-Quba magistral avtomobil yolunun 118-ci kilometrliyində, Siyəzən rayonu ərazisində VAZ və AZSAMAND markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində AZSAMAND markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1983-cü il təvəllüdlü Rəsulov Davud Sənan oğlunun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:48-də başa çatıb.
Geri dön