Ana Sayfa > Karusel / Siyasət / M2 / Xəbəraz-ın debatı > Obamanı söyən prezident yəhudilərdən üzr istədi

Obamanı söyən prezident yəhudilərdən üzr istədi


3-10-2016, 01:43. Yazar: Xeberaz
Obamanı söyən prezident yəhudilərdən üzr istədi
Filippin Prezidenti Rodriqo Duterte ölkəsində narkomanlara qarşı apardığı mübarizəni Adolf Hitlerin həyata keçirdiyi yəhudi soyqırımına bənzətdiyi üçün bu toplumundan istəyib.

Duterte bununla soyqırıma məruz qalmış 6 milyondan çox yəhudinin xatirəsini alçaltmaq niyyətində olmadığını bildirib.

“Yəhudi toplumundan bütün səmimiyyətimlə üzr istəyirəm”, - Duterte vuğulayıb.

Qeyd edək ki, Filippin dövlət başçısı bir neçə gün verdiyi açıqlamada bunları demişdi:

“Hitler 3 milyon yəhudini öldürdü. Ölkəmizdə isə 3 milyon narkotik aludəçisi var. Mən də bunları öldürdüyüm üçün xoşbəxt olacam. Hitlerin qurbanları məsum şəxslər idi. Mənim hədəfdə olanlar isə günahkarlardır. Bunlardan xilas olduqdan sonra Filippin bu bəladan xilas olacaq”.
Geri dön