Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Ermənilər Tərtərçayda süni daşqın yaradır - Video

Ermənilər Tərtərçayda süni daşqın yaradır - Video


3-10-2016, 01:38. Yazar: Xeberaz
Ermənilər Tərtərçayda süni daşqın yaradır - Video
Son günlər yağan güclü yağışlar səbəbindən Tərtərçayda suyun səviyyəsi artıb.

Digər tərəfdən də ermənilərin işğal altında yerləşən Sərsəng su anbarından çaya qəsdən daha çox su buraxması daşqın təhlükəsini artırıb. Bu səbəbdən də çayda sahilbərkitmə işləri aparılır.

Çayın sahili qazılaraq armatur döşənir, sonra isə betonlanaraq bərkidilir.

İşlər Tərtərçayın Bərdədən keçən hissəsində aparılır. Çayın sağ və sol sahilində hündürlüyü 6 metr olan beteon bənd qurulur. Sahilbərkitmə işləri zamanı elə Tərtərçay hövzəsində istehsal olunan materiallardan istifadə edilir.


Geri dön