Ana Sayfa > Karusel / Siyasət / Dünya > Trampa ölümcül zərbə: sənədlər yayımlandı

Trampa ölümcül zərbə: sənədlər yayımlandı


2-10-2016, 17:12. Yazar: Xeberaz
Trampa ölümcül zərbə: sənədlər yayımlandı


ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzeti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla bağlı ifşaedici sənədlər yayımlayıb.

Musavat.com-un məlumatına görə, sənədlərdə Trampın 18 il ərzində federal büdcəyə gəlir vergisi ödəmədiyi əks olunub. Söhbət 1 milyard dollara yaxın vəsaitdən gedir.

Qeyd edək ki, 1995-ci ildə Trampın biznesində ciddi çətinliklər yaranmışdı. Hökumət iş adamını ayaqda saxlamaq üçün ona gəlir vergisi ödəməməyə rəsmən icazə vermişdi. O isə bu imkandan sui-istifadə edib, icazənin müddətini süni şəkildə uzadıb.

Trampın komandası dərhal “Nyu York Tayms”a qarşı ittihamlar yağdırıb, qəzeti Demokratlar Partiyasindan ABŞ prezidentliyinə namizəd Hillari Klintona işləməkdə günahlandırıblar.

ABŞ-da vergidən yayınma son dərəcə ciddi ittihamdır. Heç şübhəsiz ki, bu ittiham Trampa rəğbəti olan, ancaq illər ərzində gəlir vergisi ödəyən seçicilərin yenidən düşünməsinə səbəb olacaq.
Geri dön