Ana Sayfa > Karusel / İdman / M2 > Argentina dünya çempionu oldu

Argentina dünya çempionu oldu


2-10-2016, 12:56. Yazar: Xeberaz
Argentina dünya çempionu oldu

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib.

"Xəbəraz.az " xəbər verir ki, həlledici görüşdə Rusiya və Argentina yığmaları üz-üzə gəlib.

Gərgin keçən matçda qapılara 9 qol vurulub. Yekunda 5:4 hesabı ilə qalib gələn Argentina millisi mundialın qalibi olub.

Bürünc mükafatı isə İran yığması qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi mundialda 1/4 finala qədər yüksəlib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olub.
Geri dön