Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Göygöldə “KamAZ” və “VAZ 21099” toqquşub

Göygöldə “KamAZ” və “VAZ 21099” toqquşub


2-10-2016, 02:29. Yazar: Xeberaz
Göygöldə “KamAZ” və “VAZ 21099” toqquşub
Gəncə-Daşkəsən avtomobil yolunda iki avtomobil toqquşub, xəsarət alan var.
APA-nın qərb bürosunun məlumatına görə, yolun Göygöl rayonu ərazisindən keçən hissəsində “KamAZ” markalı yük maşını “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı “VAZ”-ın sürücüsü 1962-ci il təvəllüdlü Əziz Quliyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön