Ana Sayfa > Karusel / Maraqlı > Xorultuya qarşı dadlı çarə

Xorultuya qarşı dadlı çarə


1-10-2016, 20:20. Yazar: Xeberaz
Xorultuya qarşı dadlı çarə

Xorultu bəzən ailələrdə boşanmağa da səbəb olur. Onun müxtəlif səbəbləri var. Ən çox yayılan səbəblərdən biri isə burun-boğaz boşluğunda bəlğəmin yığışmasıdır. Maraqlıdır ki, belə halda adi bir şirə köməyinizə gələ bilər.

"Xəbəraz.az "bildirir ki, bunun üçün sizə 2 alma, 2 yerkökü, 1/4 limon, bir qədər zəncəfil kökü gərəkdir.

Limonla zəncəfildə C vitamini çoxdur, o, bəlğəmdən xilas edir. Alma ilə yerkökü isə vitaminlərin bolluğu ilə yanaşı, sakit yuxunu təmin edir.

Göstərilən ərzağı blenderlə xırdalayıb, ya da şirəsini çıxarıb qarışdıraraq (azca su qatıb) yuxudan 2-3 saat əvvəl için.

Payız vaxtı bu içki sizi xorultudan qurtarmaqla yanaşı, immunitetinizi də möhkəmləndirəcək.

Amma unutmayın ki, xorultu ciddi problemlərdən xəbər verir. Yəni gecə nəfəs almaqda çətinlik çəkirsinizsə, mütləq həkimə müraciət edin.

Nəticəni bizimlə bölüşməyi unutmayın.

Sağlam olun!

Milli.Az
Geri dön