Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Zığ-Hövsan yolunun bir hissəsi bağlanır

Zığ-Hövsan yolunun bir hissəsi bağlanır


1-10-2016, 16:41. Yazar: Xeberaz
Zığ-Hövsan yolunun bir hissəsi bağlanır
Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə başlanacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan (beton yol) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla h ərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.
Geri dön