Ana Sayfa > Karusel / İdman / M2 > Bu gün dünya çempionu müəyyənləşir

Bu gün dünya çempionu müəyyənləşir


1-10-2016, 15:13. Yazar: Xeberaz

Bu gün dünya çempionu müəyyənləşir
Bu gün Kolumbiyada futzal üzrə Dünya Çempionatının final oyunu keçiriləcək.

Həlledici görüşdə Rusiya və Argentina yığmaları üz-üzə gələcək.

Final matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Saat 21:00-da isə dünya üçüncüsünü müəyyən edəcək oyunun start fiti səslənəcək. Bu görüşdə isə İran və Portuqaliya yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan millisi mundialda 1/4 finala qədər yüksəlib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olub.
Geri dön