Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Nərimanovda dəhşətli qəza - Video

Nərimanovda dəhşətli qəza - Video


1-10-2016, 15:07. Yazar: Xeberaz
Nərimanovda dəhşətli qəza - Video
Yüksək sürətlə hərəkət edən maşın sürüşərək işıq dirəyinə çırpılıb.

"Xəbəraz.az " xəbər verir ki, Bakının Nərimanov rayonunda “Toyota” markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat daxil olan kimi, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər minik maşınında sıxılmış vəziyyətdə qalan sürücünü avtomobilindən çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər. Ağır xəsarətlər alan Kamran Nəcəfov xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Polisdən verilən məlumata görə qəzaya səbəb yüksək sürət və yolun yaş olması olub.



Geri dön