Ana Sayfa > Karusel / Hadisə / M2 > Piyadanı vurub qaçan sürücü yaxalanıb

Piyadanı vurub qaçan sürücü yaxalanıb


1-10-2016, 13:40. Yazar: Xeberaz
Piyadanı vurub qaçan sürücü yaxalanıb

Sentyabrın 29-da saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Feliks Bayramov vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

"Xəbəraz.az "-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Kia” markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Geri dön