Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Otellərdəki kişi personallar qadınlarla əvəzlənir – Ərəblərə görə...

Otellərdəki kişi personallar qadınlarla əvəzlənir – Ərəblərə görə...


1-10-2016, 13:05. Yazar: Xeberaz


Otellərdəki kişi personallar qadınlarla əvəzlənir – Ərəblərə görə...

Azərbaycandakı bir sıra otellərdə kişi personalların qadınlarla əvəzlənməsi prosesi başlayıb.
Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb bu otellərdə məskunlaşan ərəb turistləridir.
Belə ki, Azərbaycana gələrkən çoxsaylı həyat yoldaşlarını da özləri ilə birlikdə gətirən ərəb turistləri həm qaldıqları oteldə, həm də otelin nəzdindəki restoranlarda həyat yoldaşlaırna kişi personalın xidmət göstərməsinə etiraz ediblər. Onlar tələb ediblər ki, onlara qadın personallar xidmət etsin. Bu isə şəxsi heyətinin əksəriyyəti kişilərdən ibarət olan bir çox otel-restoran sahibini çətin vəziyyətdə qoyub. Odur ki, ərəb turistlərini itirməmək üçün otel sahibləri qısa zamanda kişi personalının bir qismini qadınlarla əvəz edib.
Mənbənin sözlərinə görə, kişi personalın qadınlarla əvəzlənməsi prosesi bu gün də davam etməkdədir.


Geri dön