Ana Sayfa > Karusel / Hadisə > Xırdalanda şagird özünü məktəbin pəncərəsindən atdı

Xırdalanda şagird özünü məktəbin pəncərəsindən atdı


30-09-2016, 20:28. Yazar: Xeberaz
Xırdalanda şagird özünü məktəbin pəncərəsindən atdı


Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.

Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilib.

Abşeron rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Geri dön