Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz-ın debatı > Əməliyyatçılar hakim qərarı olmadan axtarş apara biləcəklər

Əməliyyatçılar hakim qərarı olmadan axtarş apara biləcəklər


30-09-2016, 19:21. Yazar: Xeberaz
Əməliyyatçılar hakim qərarı olmadan axtarş apara biləcəklər

Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilib.

Modern.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər.

Cinayət-Prosessual Məcəllədə də buna uyğunlaşdırılmış dəyişiklik də səsə qoyulmaqla, hər iki layihə qəbul olunub.
Geri dön