Ana Sayfa > Karusel / Hadisə / M2 > Şimali koreyalı əsgər Cənuba qaçıb

Şimali koreyalı əsgər Cənuba qaçıb


30-09-2016, 09:33. Yazar: Xeberaz
Şimali koreyalı əsgər Cənuba qaçıb
Şimali koreyalı əsgər Cənuba qaçıb
Seul rəsmiləri Şimali koreyalı əsgərin iki ölkəni ayıran demilitarizasiya zonasını (DMZ) keçərək Cənubi Koreyaya qaçdığını deyirlər.
Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsi (BQRBK) deyir ki, əli silahsız əsgər cümə axşamının səhəri sərhədin şərq hissəsindən Cənuba Koreyaya keçib. Ona ətəşin açılmadığı deyilir.
BQRBK hadisənin araşdırıldığını bildirir.
DMZ minalanmış tikanlı məftil ilə möhkəmləndirilmiş və hər iki ölkədən onlarla min əsgər tərəfindən qorunan Cənubi və Şimali Koreyanın de-fakto sərhədidir. Bir ölkədən digərinə bu zona üzərindən qeyri-rəsmi keçid halları olduqca nadirdir.
Keçən ilin iyun ayında hərbi xidmətini yerinə yetirən Şimali koreyalı əsgər DMZ-ni keçərək cənuba qaçmışdı.
DMZ Koreya müharibəsinin 1953-ci ildə ətaşkəslə başa çatmasından sonra yaradılıb.
Seul deyir ki, Koreya müharibəsinin baş çatmasından bəri 29,000-dən çox Şimali Koreyalı cənuba qaçıb. Onların əksəriyyəti Cənuba Çin üzərindən keçib.
Geri dön