Ana Sayfa > Karusel / Hadisə / M2 > Mingəçevirdə “KaMAz” 63 yaşlı kişini vurub öldürüb

Mingəçevirdə “KaMAz” 63 yaşlı kişini vurub öldürüb


30-09-2016, 01:22. Yazar: Xeberaz
Mingəçevirdə “KaMAz” 63 yaşlı kişini vurub öldürüb
Mingəçevirdə “KaMAz” 63 yaşlı kişini vurub öldürüb
Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində, Kür çayı üzərindəki körpünün yanında qeydə alınıb. Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Mahmudov Eşqin Yusif oğlu idarə etdiyi 20-CO-973 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsindəki 20 saylı mənzildə yaşayan 1953-cü il təvəllüdlü Rıbkin Vladimir Andreyeviçi vurub. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Geri dön