Ana Sayfa > Karusel / İdman / M2 > "Qarabağ" İtaliyadan darmadağın dönür
"Qarabağ" İtaliyadan darmadağın dönür30-09-2016, 00:58. Yazar: Xeberaz |
Ölkə çempionu “Qarabağ” bu gün beynəlxalq arenada növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olub. İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə çətin səfərdə ağır məğlubiyyətə üzülüb. Ağdamlılar matça fəal başlasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə bütün planları korlayıb. İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub. Çempionumuzun gücü isə yalnız təsəlli qoluna çatıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb. Avropa Liqası Qrup mərhələsi II tur J qrupu “Fiorentina” (İtaliya)- “Qarabağ” - 5:1 Qollar: Babakar, 39, 45+2, Kaliniç, 43, Zarate, 63, 78 - Ndlovu, 90 Qırmızı vərəqə: Elvin Yunuszadə, 30 Florensiya. “Artemio Franki” stadionu. Geri dön |