Ana Sayfa > Karusel / Dünya / M2 > Son bir ayda İŞİD-in 18 lideri məhv edilib

Son bir ayda İŞİD-in 18 lideri məhv edilib


30-09-2016, 00:50. Yazar: Xeberaz
Son bir ayda İŞİD-in 18 lideri məhv edilib
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada son 30 gün ərzində endirdiyi aviazərbələr nəticəsində İŞİD terror qruplaşmasının 18 lideri məhv edilib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun İraq və Suriyadakı komandanlığının nümayəndəsi bildirib.

Məlumata görə, zərbələrin hədəfləri arasında dəstə komandirləri, əcnəbi muzdlular və əlaqələndiricilər olub.
Geri dön