Ana Sayfa > Karusel / Maraqlı > Azərbaycanda 6 Rihanna, 3 Serenay var

Azərbaycanda 6 Rihanna, 3 Serenay var


29-09-2016, 17:23. Yazar: Xeberaz
Azərbaycanda 6 Rihanna, 3 Serenay var

Azərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artır.
"Xəbəraz.az " report-a istinadən bildirir ki, əcnəbi adlar daha çox qız uşaqlarına verilir.
Beləliklə, son beş ildə 157 qız uşağına Diana adı verilib, 55 körpəyə Sabrina, 34-nə Selena, 22-nə Sveta adı qoyulub.

Bunda başqa, son beş ildə qoyulan əcnəbi adlar arasında İzel (8), Karolina (5), İzabel (3) İzabella (14), Lidiya (2), Lusiya (1), Liza (13), Rihanna (6), Luiza (8), Culiya (2), Selenay (2) Serenay (3), Janna (1), Tina (1), Aleksa (1), Kameliya (4), Marqarita (3) kimi adlar da yer alıb.

Oğlan uşaqlarına qoyulan əcnəbi adlar arasında Raul adı üstünlük təşkil edir. Belə ki, son beş ildə 1910, bu il isə 331 körpəyə bu ad verilib.
Geri dön