Ana Sayfa > Karusel / Qadınlar / M2 > Meqreliya xaçapurisinin hazırlanma qaydası

Meqreliya xaçapurisinin hazırlanma qaydası


21-05-2015, 21:54. Yazar: Emil
Meqreliya xaçapurisinin hazırlanma qaydası
Tərkibi:

200 ml süd (və ya su)
0,5 ç. q. şəkər tozu
1/3 ç. q. duz
0,5 ç. q. quru maya (3 q)
350 q un
30 q marqarin və ya kərə yağı
1 yumurta (üzərinə)
250-300 q suluquni və ya imeretiya pendiri

Mayanı unla qarışdırın. İsti süddə və ya suda şəkər tozu və duzu həll edin, un qatıb xəmir yoğurun. Əlinizə yapışmayanadək yoğurun. Sonda xəmirə yumşaldılmış yağ qatın. Üzərinə dəsmal çəkib isti yerdə 1-1,5 saat saxlayın. Bu müddətdən sonra bir dəfə ətləyib daha yarım saat saxlayın.

Xəmiri yayın. Ortasına sürtgəcdən keçirilmiş pendirin 2/3-ni səpin, xəmirin qıraqlarını ortaya doğru qatlayıb bitişdirin.



Yayın, ortasında xırda deşik açın.


Yağlanmış siniyə qoyun. Üzərinə çalınmış yumurta çəkib pendirin qalanını üzərinə səpin.



220 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobadan çıxaran kimi doğrayın.



Nuş olsun!
Geri dön