Ana Sayfa > Karusel / Siyasət / Dünya > Putindən xəbər var!

Putindən xəbər var!


16-03-2015, 14:16. Yazar: Elmir
Putindən xəbər var!

Qazaxıstan prezidentinin mətbuat xidməti Nursultan Nazarbayevin 20 mart tarixində, Putinlə Astanada görüşəcəyi məlumatını təsdiqləyib.

Avropa.info xəbər verir ki, görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko da iştirak edəcək.

Nazarbayevin katibi Dauren Abayevin sözlərinə görə, tərəflər tədbirdə iştiraklarını təsdiqləyiblər. Tədbirin təxirə salınması səbəbi isə ölkə liderlərinin sıx iş qrafiki ilə izah olunub..

Daha əvvəl görüş 13 mart tarixinə təyin edilmişdi. Lakin Putinin səhhətinin yaxşı olmaması səbəbi ilə təxirə salınmışdı.
Geri dön