Ana Sayfa > Karusel / Gündəm > “Bu gecə səhərə qədər küçələrdə olduq” – "Azərsu"dan açıqlama

“Bu gecə səhərə qədər küçələrdə olduq” – "Azərsu"dan açıqlama


29-09-2016, 12:59. Yazar: Xeberaz
“Bu gecə səhərə qədər küçələrdə olduq” – "Azərsu"dan açıqlama


“Dünən axşam küçələrdə toplanan yağıntıların miqdarı çox olduğu üçün kanalizasiya xətləri həddindən çox yüklənib və çirkab suyun daşınmasını çatdıra bilməyib”.

Bunu açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllının sözlərinə görə, paytaxtın kanalizasiya xətləri normal rejimdə işləyir və vaxtında təmizlənir: “Ancaq dünən gecə yağan yağışların həcmi çox olduğundan kanalizasiya xətləri həddindən çox yüklənib və çirkab suyun daşınmasını çatdıra bilməyib”.

Qurum rəsmisi bildirib ki, “Azərsu” ASC-nin müvafiq şöbələrinin əməkdaşları bu gecə səhərə qədər küçələrdə yaşanan bu problemi aradan qaldırmaq üçün işləyiblər: “Bizim qurumun, Fövqəladə Hallar Nazirliyinin işçiləri, “Azəravtoyol” ASC-nin və digər qurumların işçiləri ilə birlikdə səhərə qədər işləyiblər. Yağan yağışların fəsadlarını aradan qaldırılması üçün işlər görülüb. Yağış dayanandan sonra küçələrdə yığılan sular çəkilib”.


Geri dön