Ana Sayfa > Karusel / Maraqlı > Kasıbçılıq insanı niyə daha tez qocaldır?

Kasıbçılıq insanı niyə daha tez qocaldır?


28-09-2016, 20:23. Yazar: Xeberaz
Kasıbçılıq insanı niyə daha tez qocaldır?

Kasıbçılıq insanı niyə daha tez qocaldır?
"The İndependent" yazır ki, yoxsulluğun girdabına düşmək insanları daha az ağıllı edir və onları vaxtından əvvəl qocaldır.

Məqalədə deyilir ki, alimlərin araşdırmasına görə bunun əsas səbəbi pul azlığı, antisanitariya şəraitinin yaratdığı stress, habelə siqaret və alkoqolun ifrat istehlakıdır.

Miami Universitetindən professor Adina Zəki əl-Həzzurinin bu barədə məqaləsində deyilir ki, yoxsulluq hətta yüksək səviyyədə təhsil almış insanları da təsirləndirə bilər.

"The İndependent" yazır ki, alimlər bu barədə nəticəni 3400 pasientin ürək qüsurlarını araşdırarkən əldə ediblər.

Məqalədə deyilir ki, araşdırma zamanı iştirakçıların pul gəlirləri və "qavranan yaşlanma"sı nəzərə alınıb.

Qavranan yaşlanma dedikdə insanın özünü neçə yaşında hiss etməsi nəzərdə tutulur.

Alimlər bu nəticəyə gəliblər ki, yoxsulluq beynin işləmə sürətini və onun qərarlar qəbul etmək qabiliyyətini azaldır.

"The İndependent" yazır ki, alimlər yoxsulluğun insan beyninə mənfi təsirinin bir neçə əsas səbəbini görürlər.

Alimlərin fikrincə, birincisi aşağı gəlir insanı sağlam olmayan vərdişlərə - spirtli içkilərə və siqaretə aludə edir.

İkincisi aşağı gəlirlər insanın yaxşı təhsil almasına, biliklərini artırmasına mane olur.
Üçüncü səbəb bundan ibarətdir ki, yoxsulluğun yaratdığı sarsıntı beynin ən dərin qatlarına təsir edir (BBC).



Geri dön