Ana Sayfa > Karusel / Maraqlı / İbadət > Yağış yağarkən dua edin!
Yağış yağarkən dua edin!28-09-2016, 19:00. Yazar: Xeberaz |
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış yağan vaxtın duaların ən çox qəbul olunduğu vaxtlardan biri olduğunu bildirərək demişdir: "İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən". (Əbu Davud, 2540). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış vaxtı həmçinin bu duaları da etmişdir: [Allahummə sayyibən nafian] «Allahım! (Bu yağışı) bol, faydalı et!» («Fəthul-Bari», 2/518) Yağış yağandan sonra edilən zikr: [Mutirnə bi fadli-l-ləhi va rahmətihi] «Allahın lütfü və mərhəməti ilə bizə yağmur endirildi» (əl-Buxari, 1/205; Muslim, 1/83) Göy guruldayarkən edilən dua: [Subhənə-l-ləzi yusəbbihu-r-ra'du bihəmdihi va-l-mələikətu min xiyfətihi] «Göy gurultusunun həmd edərək, mələklərin isə qorxusundan şəninə təriflər dediyi (Allah) pak və müqəddəsdir!» «əl-Muvatta», 2/992) Geri dön |