Ana Sayfa > Karusel / Siyasət / Dünya > Putinin Türkiyə səfərinin vaxtı və məqsədi açıqlandı - YENİLƏNİB

Putinin Türkiyə səfərinin vaxtı və məqsədi açıqlandı - YENİLƏNİB


28-09-2016, 17:01. Yazar: Xeberaz
Putinin Türkiyə səfərinin vaxtı və məqsədi açıqlandı - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərinin vaxtı və məqsədi açıqlanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu V. Putinin Türkiyəyə oktyabrın 11-də səfər edəcəyini açıqlayıb.

Səfərin məqsədi Türkiyə-Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iştirak etməkdir.

***

14:42

Rusiya prezidenti Vladimir Putin oktyabr ayında Türkiyəyə səfər edə bilər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bu səfərin mümkünlüyünü istisna etmirəm. Hazırlıqlar başa çatandan sonra biz bu barədə müvafiq bəyanat verəcəyik", - deyə D. Peskov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.

Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Geri dön