Ana Sayfa > Karusel / Gündəm > Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ


28-09-2016, 14:53. Yazar: Xeberaz
Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz yağışda fasilə olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısa müddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Geri dön