Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya / Məşhurların Taleyi > Roza Zərgərlidən ŞOK: “Çox döyüldüm, işgəncə gördüm, Oğlum cəmi bir neçə saniyə yaşadı” VİDEO

Roza Zərgərlidən ŞOK: “Çox döyüldüm, işgəncə gördüm, Oğlum cəmi bir neçə saniyə yaşadı” VİDEO


27-09-2016, 18:58. Yazar: Xeberaz

Roza Zərgərlidən ŞOK: “Çox döyüldüm, işgəncə gördüm, Oğlum cəmi bir neçə saniyə yaşadı” VİDEO
Roza Zərgərlinin “Sibir çiçəyi” kitabı ilə bağlı çəkdirdiyi video

Müğənni Roza Zərgərli “Sibir çiçəyi” kitabı ilə bağlı çəkdirdiyi video çarxın birmənalı qarşılanmadığını deyib.

ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olan sənətçi bildirib ki, videoya çoxları “erotik” adı qoyub:

“İndi deyəcəyim şeyləri kim necə yozursa, yozsun. Bəziləri bu kitabın tanıtım videorolikini erotik saydılar. Çünki bu insanların erotikadan, ekzotikadan, sənətdən anlayışları yoxdur. Orada bir söz var ki, “onun göz yaşları mənim çılpaq çiyinlərimə tökülürdü”. Onlar bunu yozdular. Amma kitabı oxusalar, bilərlər ki, orada atamın göz yaşlarıdır. Kitabda hər şeyi vurğulamışam. Amma hər kəs bunu erotik məcraya yozdu”.

İfaçı yaşadığı çətinliklərdən danışıb:

“Axı, biz niyə hər şeyə düzgün yanaşmırıq? Video çarxın sonunda dediyim “qarşımda başqa dünyanın qapıları açıldı” ifadəsi sənətimdir. Həmin qapılar sənətimə açıldı. Çox incidildim, çox döyüldüm, işgəncələrə məruz qaldım. Ağlamağı bacarmayan insanam, amma çox ağladım. Bu kitabım əsl gənc qadınlara aiddir. Mənim səhvlərimin üzərində düzgün istiqamətdə zəif olan qadınları püxtələşdirməkdir”.


Geri dön