Ana Sayfa > Karusel / Hadisə > Bakıda şok olay: Bacısını qaçıran qohumunu öldürüb, körpüdən atdı

Bakıda şok olay: Bacısını qaçıran qohumunu öldürüb, körpüdən atdı


27-09-2016, 15:31. Yazar: Xeberaz
Bakıda şok olay: Bacısını qaçıran qohumunu öldürüb, körpüdən atdı

Bakının Sabunçu rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
"Xəbəraz.az "-ın Report-a istinadən verdiyi məlumata görə, qətl hadisəsi Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən körpünün üzərində baş verib.
Məlumata görə, 21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.
N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev dünyasını dəyişib.
Qeyd edək ki, qətlə yetirən və qətlə yetirilən Ağdam rayonundan məcburi köçkün düşən şəxslərdir.


Geri dön