Ana Sayfa > Karusel / Gündəm / M2 > "Günəşli"dəki yanğın söndürülüb

"Günəşli"dəki yanğın söndürülüb


27-09-2016, 10:17. Yazar: Xeberaz
"Günəşli"dəki yanğın söndürülüb

Xəbər verildiyi kimi, 26 sentyabr 2016-cı il tarixində “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.

Dərhal FHN DYMX-nin yanğınsöndürənləri və xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə edibıər.

Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə FHN-nin və digər aidiyyəti qurumların birgə səyləri nəticəsində sentyabrın 27-də səhər saatlarında ram edilib, alov söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb.

Hazırda SOCAR-ın mütəxəssisləri tərəfindən özüldə təmir-bərpa işləri aparılır.
Geri dön