Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Günəşli”dəki yanğın davam edir - FHN və SOCAR-dan rəsmi açıqlama

“Günəşli”dəki yanğın davam edir - FHN və SOCAR-dan rəsmi açıqlama


26-09-2016, 20:58. Yazar: Xeberaz
“Günəşli”dəki yanğın davam edir - FHN və SOCAR-dan rəsmi açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb.

"Xəbəraz.az " xəbərinə görə, məlumatda qeyd olunur ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
Geri dön