Ana Sayfa > Karusel / Şou-Biznes > Nərgiz Vahabqızı: "İstənilən açıqlıqda geyinə bilərəm"

Nərgiz Vahabqızı: "İstənilən açıqlıqda geyinə bilərəm"


26-09-2016, 18:05. Yazar: Xeberaz
Nərgiz Vahabqızı: "İstənilən açıqlıqda geyinə bilərəm"

Geyimlərini seçərkən adətən heç kimin məsləhətinə qulaq asmır

Cazibədar aparıcı geyim tərzindən danışıb. O, bildirib ki, geyimlərini seçərkən adətən heç kimin məsləhətinə qulaq asmır:

"İşim elədir ki, hər cür geyim geyinə bilirəm. İstər klassik, istər idman üslubu, istənilən geyimə müraciət edirəm. İşimdən asılı olaraq geyimlər dəyişir. Məsələn, krasovka ilə efirə çıxa bilmərəm. Gündəlikdə kablok ayaqqabı da gəzə bilmərəm. Amma istədiyim geyimi geyinə bilərəm. İstənilən açıqlıqda libası geyinə bilərəm, eyni zamanda qapalı da . Aparıcılıq sadəcə efirə çıxıb görünməkdə deyil. Gündəlik həyatda belə normal, səliqəli, baxımlı olmaq lazımdır. Aparıcısansa, sən buna məcbursan. Saçın həmişə qaydasında olmalıdır. Ev geyimində harasa çıxmaq mənə aid olan bir şey deyil. Saçın və geyimin gündəlik həyatda sadə olsa belə, getdiyin məkana uyğun olmalıdır". big.az


Geri dön