Ana Sayfa > Karusel / Maraqlı > Adi çayın yerinə bu çayları için. Böyük faydası var!
Adi çayın yerinə bu çayları için. Böyük faydası var!26-09-2016, 17:55. Yazar: Xeberaz |
Gündəlik içdiyimiz qara çayın bir çox faydalı xüsusiyyətləri var. Lakin bəzən adi çayın yerinə ot çayları içmək də çox yaxşı olardı. Ot çaylarını hazırladıqda müəyyən qaydalara riayət edin: - Çayı axşamdan termosda dəmləyin, növbəti gün için. - 1 x.q. ot üçün 1 stəkan isti (çox qaynar yox!) su götürülür. Ədviyyatlardan istifadə etdikdə 1 stəkan su üçün çay qaşığının 1/3 hissəsi ədviyyat götürülür. - Növbəti gün çayı yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla 2-3 dəfə için. Çaya bal, limon da əlavə edə bilərsiniz. Sizə ən faydalı ot çaylarını təqdim edirik: - Ürək-damar sistemini möhkəmləndirən çaylar: yemişan, bədrənc (melissa), pişikotu kökləri, nanə. - Mədə-bağırsaq sistemi üçün ən faydalı çaylar: çobanyastığı, kəklikotu, cirə, nanə, zirə, boymadərən. - Böyrəklərin sağlamlığını qoruyan çaylar: itburnu, pol-pala, qarğıdalı saçaqları. - Qaraciyəri möhkəmlənditən çaylar: qanqal - Təzyiqi aşağı salan çaylar: zirinc, tozağacı yarpaqları, itburnu. - İmmuniteti möhkəmləndirən çaylar: itburnu, kasnı, çaytikanı, jenşen, zənçəfil kökü, darçın, mixək - Sakitləşdirici çaylar: pişikotu kökləri, mayaotu toxumu, bədrənc (melissa). Saglamolun.Az Geri dön |