Ana Sayfa > Karusel / Hadisə / M2 > 22-yaşlı oğlan toyda döyüldü - Samuxda

22-yaşlı oğlan toyda döyüldü - Samuxda


26-09-2016, 00:05. Yazar: Xeberaz
22-yaşlı oğlan toyda döyüldü - Samuxda
Samuxda döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyidlər kənd sakini, 1994-cü il təvəllüdlü Əmrah Qasımov bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Ə. Qasımov bildirib ki, o qonşu kənddə toy şənliyində iştirak edən zaman toy sahibi və onun oğlu tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır

Geri dön