Ana Sayfa > Karusel / Hadisə / M2 / Fotogalereya > Azərbaycanda sərnişin qatarı yanıb sərnişinlər evakuasiya edilib

Azərbaycanda sərnişin qatarı yanıb sərnişinlər evakuasiya edilib


21-05-2015, 20:47. Yazar: Xeberaz

Azərbaycanda sərnişin qatarı yanıb sərnişinlər evakuasiya edilib

Xeberaz.az xəbər verir ki, Azərbaycanda Yalama dəmiryol keçidində sərnişin qatarında bu gün səhər yanğın baş verib, nəticədə bir vaqon yanıb. Qatarda olan bütün sərnişinlər evakuasiya olunub, xəsarət alan yoxdur. Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Azməmmədov deyib.

FHN-nin dəmiryol mütəxəssisləri tərəfindən yanğın söndürülüb. Yanğının söndürülməsində dəmiryol qatarlarının söndürülməsi üçün nəzərdə tutulan xüsusi qatardan istifadə olunub.

İlkin məlumata görə, yanğının səbəbi söndürülməmiş siqaret olub.

Hazırda hərəkətin bərpa edilməsi ilə bağlı işlər aparılır.
Geri dön