Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ağdamda düşmən əsgəri məhv edildi

Ağdamda düşmən əsgəri məhv edildi


25-09-2016, 20:54. Yazar: Xeberaz
Ağdamda düşmən əsgəri məhv edildi

Bu gün saat 10.40 radələrində təmas xəttinin Ağdam istiqmətində erməni işğalçı qüvvələrinin itkisi qeydə alınıb.
Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, erməni qüvvələrinin döyüş mövqelərindən birində 1997-ci ildə anadan olmuş hərbi qulluqçu Arsen Arakelyan "Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə" öldürülüb.

Xatırladaq ki, ötən həftə erməni işğalçı qüvvələri çoxlu sayda hərbi texnika cəlb etməklə Ağdamda hərbi təlimlər keçirib. Rəsmi Bakı bu təlimləri təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat adlandırıb.
Geri dön